Sənədli filmlərin ssenari müsabiqəsi davam edir

 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının elan etdiyi “Zaman və məkan” adlı qısametrajlı sənədli filmlər üçün ssenari müsabiqəsi davam edir.

 

İttifaqdan verilən məlumata görə müsabiqə kinematoqrafiya sahəsində gənclərin yaradıcılıq fəaliyyətini inkişaf etdirmək, gənc və istedadlı müəllifləri aşkara çıxarmaq, həmçinin milli kinomuza yeni fikir, yeni nəfəs gətirmək məqsədilə keçirilir. Müsabiqə həm də digər sahələrdə çalışan gənclərə kino sahəsində özlərini sınamaq imkanı yaratmaq və bununla da mövcud rəqabəti gücləndirmək üçün nəzərdə tutulur.

 

Müsabiqəyə 20 səhifədən çox olmamaq şərti ilə sənədli filmlər üçün ssenarilər qəbul olunur. Hər müəllif üç ssenaridən artıq təqdim edə bilməz. Yaşı 35-ə qədər olan bütün şəxslər müsabiqədə iştirak edə bilər.

 

Ssenarilər oktyabrın 31-dək Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqına (Səməd Vurğun küç. 43 (World Business Center, 16-cı mərtəbə) göndərilməlidir.

 

Münsiflər heyəti məxfi seçim nəticəsində üç ssenarini qalib elan edəcək. Qalib ssenarilərin müəllifi pul mükafatı və diplomla təltif olunacaq. Birinci, ikinci və üçüncü yerlərə müvafiq olaraq 1500, 1000 və 500 manat veriləcək. Müsabiqənin nəticələri 2017-ci ilin noyabr ayında açıqlanacaq.

 

 

 

LENT

17 Oktyabr 2017
16 Oktyabr 2017
15 Oktyabr 2017
14 Oktyabr 2017
13 Oktyabr 2017