"İkinci pərdə" filminin treyleri yayıldı -Video

“Pərdə” sosial dramının rejissoru Emin Quliyevin ikinci filmi nümayişə hazırdır.

 

Kulis.az-ın verdiyi xəbərə görə, “İkinci pərdə” adlanan eyni janrlı film noyabrın 16-dan kinoteatrlarda nümayiş olunacaq.

 

“Art Film Baku”nun istehsalı olan filmdə prodüsser Orxan Mərdan,  əsas rollarda aktyorlar Hikmət Rəhimov, Günay Əhməd, Qorqud Cəfər, Elşən Əsgərov çəkilib.

 

Filmin tizerindən süjetin xəyanət və cinayət motivləri üzərində qurulması bəlli olur.

 

Ziya Ağa, Rövşən Ağayev, Elşən Hacıbabayev, Gülnarə Abdullayeva, Səbinə Məmmədova, Cəmilə Tağızadə, Zəhra Rüstəmova, Zaur Şəfiyev, Azər Aydəmir, Tural Əhməd də filmin aktyor heyətinə daxildir.

 

 

LENT

14 Dekabr 2017
13 Dekabr 2017
12 Dekabr 2017