Filmimiz Istanbul festivalında

İstanbul Universitetinin mədəniyyət və konfrans mərkəzində Türk dünyası ikinci sənədli film festivalı keçirilir.

 

Açılış mərasimində nümayiş olunan filmlərdən kadrları əks etdirən fotosərgi təşkil olunub.

 

Türkdilli ölkələrdən ümumilikdə 86 film festivalda iştirak etmək hüququ qazanıb.

 

Azərbaycanlı kinorejissor Tofiq İsmayılovun “Maestro” filmi festivalın açılış mərasimində nümayiş olunub.

 

Festivala sentyabrın 30-da yekun vurulacaq. /azertag.az/

 

LENT

17 Oktyabr 2017
16 Oktyabr 2017
15 Oktyabr 2017
14 Oktyabr 2017
13 Oktyabr 2017