Aşuraya Yezid baxışı

Şəkillərə baxdım, vodeoları izlədim; ətrafımda o yaşda Aşuraya gedən, kəsilən, şillələnən insanlar çoxdu.

 

İndi əksəriyyəti ateistdi, qibləsizdi.

 

Adamlar inanır, inandıqları uğruna döyürlər, döyülürlər, kəsirlər…

 

Məndən baxanda cahillik, cəhalət, cəh-cəh...

 

Bir yandan düşünürəm, şiələrin etdikləri, mənim inandıqlarım uğrunda etmədiklərimin yanında toya getməlidi.

 

Əgər uşağın orda olması təhlükə isə, gəl sənə təhlükədən danışım: məndən olsa, ümumiyyətlə, indiki halda bu ölkədə uşaq üçün hər yer təhlükə, hər yer Aşura - məktəblərdən tutmuş, mcdonald's-lara qədər…

 

Guya uşaq ora getməsə idi, evdə, həyətdə güllü-çiçəkli yaşayırdı, nağıl kimi dünyası vardı?

 

Guya başını yaran qaqaş yarmasa, gözünə-başına döyməsə, nə qədər faydalı olacaq gələcək üçün?

 

Guya sənin başın nə qədər faydalı?

 

Guya o qadınlar ki var, hicablı, niqablı, gətirib töksən "Tarqovıy"a, soyundursan, saçını boyasan, nə dəyişəcək?

 

Guya bizim qadınlar, uşaqlar aşuradan yeddi küçə bu tərəfdə nə qədər azad? Nə qədər rəngli yaşayır?

 

Mənim kimi səfehlərin, sənin kimi aydınların, ziyalıların gördüklərinə susmağı, həqiqətdən üz çevirməyi Aşuradan daha betər.

 

Yenə onlar inandıqları uğruna hayqıra bilir, sən həqiqəti susa da bilmirsən.

 

Kim daha azaddı?

 

Kim kimə cahil deyir?

 

Alnını sil.

 

LENT

21 Oktyabr 2017
20 Oktyabr 2017
19 Oktyabr 2017
18 Oktyabr 2017