Aydın Talıbzadənin kitabı təqdim olunub

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Teatrşünaslıq kafedrasının müdiri, professor, Əməkdar incəsənət xadimi Aydın Talıbzadənin “Faciə: Janriçi mutasiyalar” adlı kitabının təqdimatı keçirilib.

 

ADMİU-nun “Heydər Əliyev: Mədəniyyət və İncəsənət Məktəbi”ndə  keçən təqdimat mərasimində Universitetin rektoru  professor, Əməkdar incəsənət xadimi Fərəh Əliyeva “Faciə: Janriçi mutasiyalar” adlı kitabın olduqca maraqlı və mürəkkəb olduğunu deyərək, müəllifə yaradıcılıq uğurları arzulayıb.

 

Universitetin professor-müəllim heyətindən Məryəm Əlizadə, Gülşən Əliyeva, Əli Əmirli,  Kamilə Dadaşzadə, Fəridə Cəlilova, Vidadi Qafarov, “Kritika” nəşriyyat evinin nümayəndəsi Sayalı Həsənzadə, Aydın Talıbzadənin tələbələri və digər qonaqlar musiqişünas Zümrüd Dadaşzadə,  müəllif və təqdim olunan kitab haqqında dəyərli fikirlərini bölüşüblər.

 

Aydın Talıbzadə də öz çıxışında qonaqlara təşəkkürünü bildirib. Müəllifi olduğu “Faciə: Janriçi mutasiyalar” adlı kitabda dünya mədəniyyətində mövcud müəyyən problemləri işıqlandırdığını və kitabın oxucular tərəfindən dəyərləndiriləcəyinə ümid etdiyini bildirib. 

 

LENT

14 Dekabr 2017
13 Dekabr 2017
12 Dekabr 2017