Faşizm olmasaydı bu sevimli içkimiz də olmazdı – QƏRİBƏ FAKTLAR

Hitler Almaniyası bəşəriyyəti ikinci dünya müharibəsinə sürükləməklə bərabər, əsirlər üzərində qeyri-insani təcrübələr keçməklə də tarixin yaddaşında qalıblar. Saysız-hesabsız konslagerlərdə əsirlərin üzərində aparılan təcrübələr on minlərlə insanın həyatına son qoymuşdu. Faşistlər əsirlər üzərində kimyəvi silahın təcrübəsindən tutmuş, ağrıkəsici olmadan əməliyyat qədər hər şeyi sınaqdan çıxarırlar. Amma faşist Almaniyasında ixtira edilmiş elə şeylər var ki, bu gün də dünyada onlardan istifadə edirlər.

 

Məsələn, antibakterial pereparat olan sulfanilamid. Alman həkimlər 1942-ci ilin iyulundan 1943-cü ilin sentyabrına qədər sulfanilamid adlı dərmanın effektivliyi üzərində təcrübələr keçiriblər. Onlar əsirləri yaralayır və bilərəkdən yaralarına qanqrena bakteriyası salırdılar. Bəzən yaranı iki tərəfdən sıxıb qanı saxlayır və içinə taxta, ya da şüşə qırıntısı salırdılar. Sonra yaranan infeksiyanı sulfanil və başqa dərmanla müalicə etməklə müqayisəvi şəkildə ən yaxşısını aşkara çıxarmağa çalışırdılar. Amma bütün bu vəhşiliklərin sonunda dünyada analoqu olmayan sulfanilamid adlı dərmanı ala bilirlər.

 

Və ya xilasetmə gödəkçəsi. Alman həkim Ziqmund Raşer Dahau və Auşvits əsir düşərgələrində onlarla əsirin üzərində amansız sınaqlar aparırdı. Görəsən qəfil soyuqlama nəticəsində necə xilas olmaq olar? Əsirləri soyuq sulara atır, onların bədən temperatularının necə aşağı düşdüyü izlənilirdi. Raşer müəyyən etmişdi ki, insan başı suyun üzərində qalsa, o bir müddət yaşaya bilər. Yəni xilasedicilər gələnə kimi. Və beləcə uzun tədqiqatlardan sonra başı dik saxlayan xilasedici gödəkçələr istehsala buraxılır.

 

Image result for фашисты и фанта

 

Malyariyaya qarşı vaksinlər də məhz əsirlər üzərində aparılan təcrübələr nəticəsində icad edilib. Kurt Pletner əsirləri günlərlə malyariyaya yoluxdurulmuş ağcaqanadlarla bir otaqda saxlayırdı. Ağcaqanadları isə öldürmək olmazdı. Minlərlə insan bu təcrübəyə qurban getmişdi. Sonucda Pletner vaksini əldə etmişdi. Müharibədən sonra Pletner bu vəhşi təcrübəsinə görə, həbs edilmişdi. Amma həbsdə çox qalmamışdı. Hələ üstəlik, Frayburq universitetinə kafedra müdiri təyin olunmuşdu.

 

“Folksvagen”in bu modelini Hitlerə təqdim edəndə çox bəyənmişdi. 1937-ci ildə hamımızın “Folksvagen Juk” kimi tanıdığımız avtomobilin kütləvi istehsalı üçün 50 milyon marka vəsait ayırmışdı.

 

Reaktiv mühərriklər də faşist Almaniyasının ixtirasıdır. Mühəndis Verner fon Braun tədqiqatları nəticəsində ixtira edilmiş, Hitler ordusunun silahlanmasında böyük rol oynamışdı.

 

Və nəhayət “Fanta”. Bu içki də faşist Almaniyasında kəşf edilib. “Fanta”nın istehsalına 1940-cı ildə başlanılıb.  Hitler ABŞ brendi olan “Koka-Kola”ya embarqo qoymuşdu. Almaniyada isə “Koka-Kola”nın böyük zavodu vardı. Məhz bu ərəfədə Almaniyada yaşayan amerikalılar Hitlerə “Fanta”nı təqdim etdilər. Müharibədən sonra “Fanta” “The Coca-Cola Company”-nin əsas markalarından birinə çevrildi.

 

LENT

17 Oktyabr 2017
16 Oktyabr 2017
15 Oktyabr 2017
14 Oktyabr 2017
13 Oktyabr 2017