Kamal Abdulla: “İntellekti olmayan aparıcılar ekrana çıxarsa...”

“Azərbaycan dili ahəngdarlığına, səlisliyinə görə rus və fars dilindən üstündür. Bizim dilimizdə olan 9 sait o dillərin heç birində yoxdur. Dilin səlisliyi dildəki saitlərlə ölçülür”.

 

APA-nın məlumatına görə, bunu “Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu” mövzusunda konfransda Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu deyib. O bildirib ki, Dilçilik İnstitutuna ədəbi dil normalarının pozulmasına görə cərimələrin tətbiqi barədə layihə hazırlamaq tapşırılıb: “Hazırda bu istiqamətdə iş gedir. Ancaq ilk növbədə ana dilini sevmək lazımdır. Sevəndə bu cür yanlışlıqlar olmayacaq”.

 

kamal abdulla intellekti olmayan aparicilar ekrana cixarilmaga davam edecekse problemler qalacaq

 

Dilçilik İnstitutunun direktoru KİV əməkdaşları arasında ana dili ilə bağlı müsabiqə keçirilməsini təklif edib: “Bir zamanlar AzTV-də “Azərbaycan dili” verilişi vardı. Həmin verilişin bərpa edilməsinə ehtiyac var. Yeri gəlmişkən, hazırda Dilçilik İnstitutunda yeni orfoqrafiya və orfoepiya lüğəti də hazırlanır. Bu da bizim ümumi işimizə xeyirli olar”.

 

Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla qeyd edib ki, dilə başqa sözlərin gəlməsindən qorxmaq lazım deyil, dil özü bunu tənzimləyir: “Məsələn, multikulturalizm sözünü bu gün ucqar kənddə belə bilirlər. Bu gün televiziya rəhbərlərimiz Azərbaycan dilində səlis danışırlar, amma telekanallarımızda tez-tez “musiqilər” sözü eşidirəm. Belə söz ola bilməz, “musiqi”" sözü var. Xarici görünüşünə aldanıb, verilişə aparıcı gətirmək olmaz. Digər tərəfdən, Azərbaycanda müxtəlif millətlər yaşayır. Azərbaycan xalqının gücü müxtəlif millətlərin gücündən, Azərbaycan dilinin də gözəlliyi də həmin millətlərin gözəlliyindən yaranır”.

 

K. Abdulla aparıcılara Azərbaycan Dillər Universitetində xarici dil öyrətməyə hazır olduqlarını bildirib: “İctimai əsaslarla aparıcılar üçün xarici dil kursları təşkil edə bilərik. Azərbaycan ədəbi dili ilə bağlı bir sıra problemlər aparıcının xarici dili bilməməsindən qaynaqlanır. Ümumiyyətlə, intellekti olmayan aparıcılar televiziyaya çıxarılmağa davam edəcəksə, problemlər qalacaq”.

 

LENT

14 Dekabr 2017
13 Dekabr 2017
12 Dekabr 2017