Pərvinin kitabı təqdim olunacaq

Oktyabrın 9-da Gənc Tamaşaçılar Teatrında yazıçı  Pərvinin “Səhnə” adlı kitabının təqdimat mərasimi keçiriləcək.

 

Teatrdan Kulis.az-a verilən xəbərə görə, təqdimat mərasimində teatr xadimlərinin, yazıçıların, media nümayəndələrinin iştirakı nəzərdə tutulub.

 

“Səhnə” kitabında müəllifin müxtəlif tamaşalara resenziyaları, sənət adamları ilə söhbətləri, teatr konfranslarından təəssürat yazıları, həmçinin pyesləri yer alıb.

 

Pərvin bu yazılarda həm tamaşaçı, həm tənqidçi, həm də dramaturq kimi görünür.

 

LENT

14 Dekabr 2017
13 Dekabr 2017
12 Dekabr 2017