Yəhudilərin öldürmək istədiyi qadını peyğəmbər niyə xilas etdi?FOTOLAR

 

Bibliya mətnləri zaman-zaman rəssamlar üçün ilham mənbəyi olub. Bu mövzular hər dəfə müxtəlif rəssamların yaradıcılığında istifadə olunsa da öz təravətini itirməyib, özünün aktuallığını qoruyub. Əksinə rəssamdan-rəssama mövzu daha da dərinləşib, fərqli görkəm alıb, rəsmsevərlərin yaddaşında daha da dərinləşib.

 

Həmin Bibliya mövzularında biri də “Sussanna və qocalar” motividir. Bu mövzuya Rembrandt, Rubens, Solomon Konnink, Qvido Reni, Massino Stansione, Artemiziya Centilezki, Federiko Korvelli, Batoni Pompeo və başqa rəssamlar müraciət ediblər.

 

“Susanna və qocalar” rəvayəti Bibliyanın “Danyalın kitabı” bölümündə yer alır. Tarixi faktlara görə Danyal B.E.Ə. dördüncü-beşinci əsrlərdə yaşayan peyğəmbərdir. O, Danial, Daniel kimi də tanınır. Davud peyğəmbərin nəslindən olan Danyal elmi və kəhanətləri ilə Babildə əsir olan yəhudiləri xilas edir.

 

Musəvilik, xristianlıqla yanaşı İslamda da peyğəmbər kimi qəbul edilsə də Danyalın adı Quranda keçmir.

 

Rəvayətə görə, hadisə yəhudilərin Babildə əsir olduqları zaman baş verir. Babil çarlığında yüksək vəzifəsi olan İoakimin arvadı Susanna bir gün bağda çimdiyi zaman iki qoca onu güdür. Deyilənə görə, bu qocalar elə-belə adam deyilmişlər, yəhudilər tərəfindən hakim təyin olunmuş hörmətli şəxslər imişlər. Yəni xalq arasında olduqca böyük nüfuzları varmış, onların sözündən çıxmaq mümkünsüz imiş.

 

Susannanın çılpaq bədənini görən qocalar qadının gözəlliyinə heyran qalırlar. Onunla yaxınlıq etmək istəyirlər. Bu məqsədlə də qadını yaxalayırlar. Ancaq Sussanna razı olmur. Belə olan halda qocalar onu hədələyirlər: “Bizimlə yatmasan hamıya yayacağıq ki, səni bağda sevgilinlə görüşən zaman görmüşük. Səni əxlaqsızlıqda günahlandırıb edam etdirəcəyik.”

 

Bu təhdidlərdən sonra Susanna onlara boyun əymir: “Allah qarşısında ləkələnməkdənsə sizin əlinizdən ölməyi seçirəm.”

 

Beləliklə ərinə xəyanət etməkdə günahlandırılan Susanna haqqında qocalar ölüm hökmü çıxarırlar. Lakin son anda Danyal peyğəmbər özünü yetirir və qoca yəhudiləri ayrı-ayrılıqda dindirərək onların yalanların üzə çıxarır. Bundan sonra qocalara ölüm hökmü kəsilir, Susannanın adı təmizə çıxır.

 

Ərə sədaqətin simvolu kimi qəbul edilən Susanna obrazı xristianlıqda da Babilli Susanna kimi anılır. Bəzi xristian alimləri isə onu ismətinə görə İsa Peyğəmbərin anası Məryəmlə müqayisə edirlər.

 

“Susanna və qocalar” motivi rəssamlıqda çox geniş yayılmış Bibliya süjetlərdəndir. O rəsmlərin bəzilərini təqdim edirik.

 

 

LENT

18 Dekabr 2017
17 Dekabr 2017
16 Dekabr 2017
15 Dekabr 2017
14 Dekabr 2017