Heç nəyi ciddiyə almayan ciddi adam – Xan Rəsuloğlunun aforizmləri

Bu gün tanınmış yazar Xan Rəsuloğlunun 55 yaşı tamam olur. Kulis.az bu münasibətli yazarı təbrik edir və onun aforizmlərini oxucuların diqqətinə çatdırır.   

 

Qaymaq yedizdirib, maymaq böyütdük.

 

***

 

Dərd eləmə, dərs elə.

 

***

 

Siyasətdə əsas məsələ xalqı əsas məsələlərdən yayındırmaqdır.

 

***

 

Oğru qardaş, hamı bilir oğrusan, amma səni tutanlardan doğrusan.

 

***

 

Pulun dilini hamı bilməsə də, pul hamının dilini bilir.

 

***

 

Hər hürənə bir daş atsan, yarı yolda qalacaqsan.

 

***

 

Dünyanın, heç nəyi ciddi qəbul etməyən ən ciddi adamıyam.

 

***

 

Yaxşılıq elə, özünə ziyan vurmadan.

 

***

 

Həqiqət dairəvidir, hər kəsə də durduğu yerdən görünür.

 

***

 

Vaxt itirib pul qazananların ən böyük amacı, pul verib vaxt qazanmaqdır.

 

***

 

"Pul əl çirkidir" - deyənlər, əlləri həmişə çirkli olanlardır.

 

***

 

Uşağı oynatmazlar, uşaqla oynayarlar.

 

***

 

Qurdun quzu üçün dişi göynəyir.

 

***

 

Qarnımıza yemirik, qarnımız yeyir bizi.

 

***

 

Baş qazandır, nəsə bişirməlisən.

 

***

 

Qanmazın qanmazlığı qananın qazancıdır.

 

***

 

Roman yazmağa nə var ki, çətini söz deməkdi.

 

***

 

Uduza-uduza udan görmüşəm, udansa qanmayıb uduzduğunu.

 

***

 

Ömür qısa deyil, yaşımdan utanıram.

 

***

 

Səbr cəbri həll edər.

 

***

 

Eşqi məşq eləməzlər.

 

***

 

Dostum - səhvlərimin aynası.

 

***

 

Həqiqətin əsgəri ol, həqiqəti dilənmə.

 

***

 

O qədər də yaxşı olma ki, sənə avam desinlər.

 

***

 

Lazım gələndə kişilik göstərmək yox, hər zaman kişi olmaq gərəkdir.

 

***

 

Ən böyük allahsızlığı, görürsən elə allahın adından danışanlar eləyir.

 

***

 

İnsan ölür, təki insanlıq ölməsin.

 

***

 

Pis millət yoxdur, pis tərbiyə var.

 

***

 

Təbiətimiz yalan demir, tərbiyəmiz yalan danışır.

 

LENT

15 Dekabr 2017
14 Dekabr 2017
13 Dekabr 2017