Filarmoniyada konsert keçirilib

 

Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Televiziyası Mədəniyyət Kanalının təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə bəstəkar-pianoçu Pikə Axundovanın müəllif konserti keçirilib.

 

Kulis.Azın verdiyi məlumata görə, konsertdə əməkdar artistlər Aygün Bəylər, Lalə Məmmədova, Zaur Əmiraslanov, müğənnilər, Zabitə Alıyeva Səbinə Ərəbli, Orxan Cəlilov, Vüsal Hacıyev və başqaları bəstəkarın mahnılarını ifa ediblər.

 

İfaçıları Fərhad Qarayusiflinin dirijorluğu ilə Azərbaycan  Televiziyası və Radiosunun Tofiq Əhmədov adına Estrada-Simfonik Orkestri müşayiət edib. Çıxış edənlər Pikə Axundovanın yaradıcılığı haqqında fikirlərini tamaşaçılarla bölüşüblər. Konsertdə həmçinin əməkdar artist Natiq Şirinovun rəhbərliyi ilə “Natiq” ritm qrupu və Şəhriyar İmanov da çıxış edib.

 

 

LENT

27 May 2018
26 May 2018
25 May 2018
24 May 2018
23 May 2018