Məhluqə Sadıqovanın 100 illiyi qeyd ediləcək

Oktyabrın 16-da Azərbaycan Teatr Xadimləri İttifaqında görkəmli teatr və kino xadimi, Xalq Artisti Məhluqə Sadıqovanın 100 illiyinə həsr edilmiş tədbir keçiriləcək.

 

Tədbir Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı və Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə gerçəkləşəcək.

 

Respublikanın tanınmış, elm, mədəniyyət və incəsənət xadimlərinin iştirak edəcəyi tədbirdə aktrisanın Azərbaycan teatr və kinosunun inkişafındakı xidmətlərindən danışılacaq, onun yaratdığı obrazlar qalereyasına nəzər salınacaq.

 

Qeyd edək ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında üslub və forma, məzmun və mahiyyət, estetik dəyər və psixoloji tutum baxımından bütün janrlarda hazırlanmış tamaşalarda iştirak edib. Aydın və səlis diksiyası, ifadəli səhnə danışığı aktrisanın oynadığı rollara dolğunluq və bütövlük gətirib.

 

Unudulmaz sənətkar 1936-cı il sentyabrın 27-də Akademik Milli Dram Teatrının truppasına götürülüb və 54 il bu sənət ocağında çalışıb. Aktrisa onlarla tamaşada bir-birindən maraqlı və yaddaqalan obrazlar qalereyası yaradıb, tamaşaçı qəlbinə böyük sevgi ilə nüfuz edib.

 

LENT

20 Oktyabr 2017
19 Oktyabr 2017
18 Oktyabr 2017