“Qrinç” əsəri “Gənc tamaşaçılar”da

        

Dövlət Gənc Tamaşaçılar Teatrında R.Hovardın “Qrinç“ – (“Yaşıl adam”) əsəri əsasında eyniadlı tamaşanın hazırlanmasına start verilib. Teatrın mətbuat xidmətindən Kulis.aza məlumata görə sözügedən əsər ötən ilin dekabr və bu ilin yanvar ayında yeni il tamaşası olaraq kiçik yaşlı tamaşaçılara təqdim edilib.

 

Əsərə olan tamaşaçı marağını, maraqlı səhnə quruluşunu, istedadlı aktyor oyununu və teatra müraciət olunan təklif və arzuları nəzərə alaraq, teatrın bədii şurası “Yaşıl adam” tamaşasının yeni versiyada hazırlanıb, il ərzində mütəmadi olaraq nümayiş olunması barədə qərara gəlib.

 

Əsərin səhnələşdirəni və quruluşçu rejissoru Elşad Rəhimzadə, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtbatçısı İradə Muradova, rəqslərin quruluşçusu Ceyhun Dadaşovdur.

 

Tamaşanın yeni versiyasında rolları teatrın istedadlı aktyorları Ramil Məmmədov, Elşən Hacıbabayev, Müşfiq Əliyev, Asya Atakişiyeva, Səbinə Məmmədova, Nuriyyə Əliyeva, Könül Əbilova, Nuranə Hüseynova, Natiq Fərzəliyev, Vahid Orucoğlu, Xəyalə Meydanova, Aygün Fətullayeva və b. ifa edəcəklər.

 

Tamaşanın premyerası oktyabr ayının 28-i, saat 1200-da və 1400-da baş tutacaqdır.

 

 

LENT

20 Oktyabr 2017
19 Oktyabr 2017
18 Oktyabr 2017