Litvalı rejissorun filmi nümayiş olacaq

 

Oktyabrın 17-də “CinemaPlus Azerbaijan” kinoteatrında litvalı rejissor Andruis Stonysla görüş keçiriləcək.

 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidmətinin rəhbəri Əli Vəliyevin Kulis.aza verdiyi məlumata görə, görüş çərçivəsində rejissorun yeni -“Buzlaqlarda qadın” məşhur filmi nümayiş olunacaq.

 

Görüş İttifaqla Litvanın ölkəmizdəki səfirliyinin birgə təşkilatçılığı ilə reallaşacaq.

 

 

LENT

20 Oktyabr 2017
19 Oktyabr 2017
18 Oktyabr 2017