Molla Pənah Vaqifə həsr olunmuş gecə keçiriləcək

 

Molla Pənah Vaqifin 300 illiyinə həsr olunmuş gecə keçiriləcək.

 

APA-nın məlumatına görə, tədbir “Mədəniyyət” telekanalı və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi kimi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə baş tutacaq.

 

Oktyabrın 24-də Beynəlxalq Muğam Mərkəzində keçiriləcək konsertdə Ehtiram Hüseynov, Abgül Mirzəliyev, Məmməd Nəcəfov, Babək Quliyev, Xətai Hacıyev, Zeynal Əhmədov və Pərviz Qasımov “Aypara” instrumental ansamblının müşayiəti ilə Molla Pənah Vaqifin qəzəllərində ibarət muğamları səsləndirəcək.

 

Qeyd edək ki, tədbirə APA, APA.TV, Lent.az və Vesti.az informasiya dəstəyi verir.

 

 

LENT

23 İyun 2018
22 İyun 2018
21 İyun 2018
20 İyun 2018