Aktrisa tanınmış rejissorun ona necə təcavüz etdiyindən danışdı

İsland müğənnisi Bjork məşhur kinorejissor Lars fon Trierin ona etdiyi seksual təcavüzün təfərrüatlarını danışıb.

 

Müğənni yenə də onun adını çəkməyib, onun haqqında filminə çəkildiyim danimarkalı rejissor yazıb. Müğənninin filminə çəkildiyi yeganə danimarkalı rejissor Trierdir.

 

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, müğənni-aktrisa rejissor konkret olaraq aşağıdakılarda ittiham edib: hər dubldan sonra onu qucaqlamaq, bədəninə toxunmaq, aktrisanın etirazları ilə qarşılaşdıqda isə stulu sındırıb bütün çəkiliş heyətini azad buraxmaq... Çəkiliş zamanı aktrisanın qulağına təfərrüatlı erotik təkliflər pıçıldamaq, bəzən bunu elə öz arvadının yanında etmək... Aktrisanı gecə balkondan onun nömrəsinə düşməklə hədələmək. Aktrisa bunun qorxusundan dostlarında gecələməli olub.  

 

Bjorkun rejissora etirazları mətbuatda onun “Dözülməz, problemli aktrisa” olaraq təqdimatı ilə cavablanıb.

 

Bjork 2000-ci ildə Trierin “Qaranlıqda rəqs edən” filmində baş rolu oynayıb. Film ekranlara çıxmazdan qabaq aktrisanın rejissorla konflkti olduğu ortaya çıxmışdı. O zaman müğənninin səhnə üçün geyinmək istəmədiyi köynəyi cırdığı və parçanın bir neçə tikəsini yediyi deyilirdi..

 

Xatırladaq ki, seksual təcavüz qurbanları mövzusu son günlər mətbuatın gündəmindədir. Belə ki,  Ancelina Coli, Kara Delevin, Lea Seydu, Hollivud aktrisaları bir-birinin ardınca prodüser Vaynşteyni seksual təzyiqdə, pozğun təkliflərdə ittiham ediblər.

 

Bjork bir neçə gün əvvəl filminə çəkildiyi Danimarkalı rejissoru seksual təcavüzdə ittiham edib.

 

LENT

17 Noyabr 2017
16 Noyabr 2017
15 Noyabr 2017