Ölkəmiz beynəlxalq poeziya festivalında

Bu gün Yakutiyada “Böyük qarın kəraməti” adlı beynəlxalq poeziya festivalına başlanılıb.

 

Festivalda ölkəmizi Dünya Gənc Türk Yazarlar Birliyinin məsləhət şurasının sədri, şair Əkbər Qoşalı təmsil edir. Festivala müxtəlif ölkələrdən olan tanınmış ədəbiyyat və poeziya nümayəndələri qatılıb.

 

Yakutsk şəhərinin Şimal Şərqi Federal Universitetinin mədəniyyət mərkəzində keçirilən festival çərçivəsində iştirakçı ədiblərin “Canlı avtoqraf” mərasimi təşkil olunacaq.

 

Oktyabrın 20-də festival çərçivəsində poeziya axşamının keçirilməsi də nəzərdə tutulur. /azertag.az/

 

 

LENT

24 Noyabr 2017
23 Noyabr 2017
22 Noyabr 2017