Tom Hənks hekayələr kitabı buraxdı

61-yaşlı Hollivud aktyoru Tom Hənks hekayələr toplusunu çap etdirib.

 

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, yazı makinaları kolleksiyaçısı olan aktyorun çoxdankı hobbisi kitabın adında da rol oynayıb.

 

“Nadir nüsxə” adlanan kitaba belletrist janrda 17 hekayə daxildir.

 

Aktyor kitabına imza günü də edib.

 

Qeyd edək ki, belletristika yüngül ədəbiyyat sayılır. “Kütləvi ədəbiyyat” termini ilə yanaşı işlənir. Bir zamanlar belletristika “mətn xatirinə mətn”, “söz oyunu” kimi tənqid olunub. Müasir dünyada belletristika yüngül, istirahət üçün nəzərdə tutulan, dərin sosial qatı olmayan ədəbiyyat kimi qəbul olunur.

 

 

 

LENT

17 Noyabr 2017
16 Noyabr 2017
15 Noyabr 2017