Müsəlman gənclər "Qısa film" və "Qısa hekayə"də yarışacaqlar

Məlum olduğu kimi, Dialoq və Əməkdaşlıq uğrunda İslam Əməkdaşlığı Təşkilatı (İƏT) Gənclər Forumunun təşəbbüsü və koordinasiyası ilə 2015-ci ildən etibarən “İslam Dünyası Gənclər Paytaxtı” beynəlxalq proqramı həyata keçirilir.

 

Kulis.azın verdiyi xəbərə görə, proqramın əsas məqsədi İƏT arealında yaşayan gənclər hərəkatları, təşkilatları arasında əməkdaşlığı gücləndirmək, gənclərin şəxsi inkişafına yönəlmiş layihələrə dəstək, işsizliyin aradan qaldırılması, İƏT ölkələrinin bir-biri arasında daha çox tanıtdırılması, mədəni və maarifləndirici tədbirlərin həyata keçirilməsidir.

 

Proqram çərçivəsində 2016-cı ildə İstanbul, 2017-ci ildə isə Malayziyanın Putracaya, Mərakeşin Fəs və İranın Şiraz şəhərləri İslam dünyası gənclər paytaxtı elan olunmuş, sözügedən şəhərlərdə beynəlxalq səviyyədə müxtəlif mədəni və elmi tədbirlər həyata keçirilmişdir.

 

Bu il Şirazın Gənclər Paytaxtı elan edilməsi ilə bağlı həmin şəhərdə bir sıra mədəni tədbirlərin keçirilməsi planlaşdırılır. Belə ki, gənc nasirlər üçün “Qısa hekayə”, eləcə də gənc rejissorlar üçün  “Qısa Film” müsabiqələri bu tədbirlər sırasındadır.

 

Hekayələr aşağıdakı şərtlərə cavab verməlidir:

 

1. Hekayələr 1500 sözdən çox olmayaraq ancaq ingilis dilində olmalıdır.

 

2. Hekayələr Microsoft Word proqramında yığılmalıdır (Times New Roman (Headings CS), Ölçü: 14)

 

3. Hekayələr doc fayl formatında bu emailə (syz.icyf.story@gmail.com) göndərilməlidir. Bütün iştirakçılar iştirakçı formasını doldurub onu emailə əlavə etməlidirlər. Formanın doldurulması iştirakçının qısa hekayənin müəllifi olmasına dəlalət edir və hekayə ilə bağlı hər hansı bir hüquqi iddia yaranarsa, müəllif məsuliyyət daşıyır və müsabiqə müəllifin qısa hekayələri ilə bağlı hər hansı bir məsuliyyət daşımır.

 

4. Sülh və humanist-mənəvi dəyərlər müsabiqəyə təqdim olunacaq hekayələrin əsas mövzularıdır.

 

5. Yuxarıda göstərilən format istisna olmaqla, eləcə də qüsurlu fayllar qəbul edilmir..

 

Mükafatlar:

1-ci yer: 1000 ABŞ dolları

2-ci yer 700 ABŞ dolları

3-cü yer 500 ABŞ dolları

 

Müsabiqədə iştirakın ümumi qaydaları:

 

1. 18-35 yaş arasında İslam Əməkdaşlığı Təşkilatı (İƏT) üzv-ölkələrindən olan gənclər iştirak edə bilər.

 

2. Finalçılar mərhələsinə daxil olan qısa hekayə müəlliflərinə İştirakçı Sertifikatkarı təqdim olunacaqdır.

 

3. Təqdim olunan hekayələrin sayına məhdudiyyət yoxdur.

 

4. Müsabiqənin katibliyi iştirakçının hekayənin uğursuz göndərişinə görə məsuliyyət daşımır.

 

5. Göstərilən qaydalara daxil olmayan gözlənilməz hadisələrin baş verdiyi halda və ya hekayələrin məzmunundan yaranan problemlərlə bağlı Müsabiqənin katibliyi özü qərar verə bilər.

 

6. Hekayələr müəlliflər tərəfindən ancaq bir dəfə göndərilə bilər.

 

7. Eyni dəyəri olan 2 və ya daha çox hekayəyə mükafat verilmir.

 

8. Qalib yazıçıların və ya onların nümayəndələrinin mükafatı almaq üçün müsabiqənin qapanış mərasimində iştirakı vacibdir.

 

9. Katiblik qaliblərin bütün xərclərini (nəqliyyat və yerləşmə) öz üzərinə götürür.

 

Müsabiqənin son müddəti:

 

1 dekabr, 2017  Tehran vaxtı ilə saat 23:59-dək

Qaliblərin elan edilməsi: 11 dekabr, 2017

Mükafatlandırma mərasimi: 19 dekabr, 2017

 

Katibliklə əlaqə telefonu : +989367419457

 

Müsabiqənin emaili : syz.icyf.story@gmail.com

 

 

Sözügedən müsabiqələrin şərtləri ilə tanış olmaq və iştirak etmək üçün aşağıdakı linklərə daxil olmaq olar.

 

Qısa hekayə  

Film müsabiqəsi 

 

LENT

17 Noyabr 2017
16 Noyabr 2017
15 Noyabr 2017