Hüseyn Cavid 135 yaşında - TƏQVİM

Bu gün Hüseyn Cavidin (1882-1941) doğum günüdür. Kulis.az bu münasibətlə “Təqvim” layihəsində Cavidin “İblis” pyesindən İblisin monoloqunu təqdim edir.

 

İblis!.. O böyük ad nə qədər calibi-heyrət!

Hər ölkədə, hər dildə anılmaqda o şöhrət.

Hər qülbədə, kaşanədə, viranədə İblis!

Həp Kəbədə, bütxanədə, meyxanədə İblis!

Hər kəs bəni dinlər, fəqət eylər yenə nifrət,

Hər kəs bana aciz qul ikən, bəslər ədavət.

Lakin bəni təhqir edən, ey əbləhü miskin!

Olduqca müsəllət sana, bil, nəfsi-ləimin,

Pəncəmdə dəmadəm əzilib qıvrılacaqsın,

Daim ayaq altında sönüb məhv olacaqsın.

Bənsiz də, əmin ol, sizə rəhbərlik edən var:

Qan püskürən, atəş savuran kinli krallar,

Şahlar, ulu xaqanlar, o çılğın dərəbəklər,

Altın və qadın düşgünü divanə bəbəklər.

Bin hiylə quran tilki siyasilər, o hər an

Məzhəb çıqaran, yol ayıran xadimi-ədyan;

Onlarda bütün fitnəvü şər, zülmü xəyanət,

Onlar duruyorkən bəni təhqirə nə hacət?!

Onlar, əvət onlar sizi çignətməyə kafi,

Kafi, sizi qəhr etməyə, məhv etməyə kafi...

Bən tərk edərim sizləri əlan nəmə lazim!

Hiçdən gələrək, hiçliyə olmaqdayım azim.

İblis nədir?

- Cümlə xəyanətlərə bais...

Ya hər kəsə xain olan insan nədir?

- İblis...

 

LENT

17 Noyabr 2017
16 Noyabr 2017
15 Noyabr 2017