İki nəfəri öldürən türk yazar içkili imiş

Xəbər verdiyimiz kimi, məşhur türk yazar, “Behzat Ç.” serialının müəllifi Emrah Serbes həbs edilmişdi.

 

O, ata ilə qızının həyatını itirməsi ilə nəticələnən avtomobil qəzasına görə həbs olunan dostunu azad edərək, hadisəni özünün törətdiyini boynuna almış və polisə təslim olmuşdu.

 

Kulis.az türk mətbuatına istinadən verdiyi xəbər görə, Emrah Serbesin içki müayinəsinə dair sənədləri məhkəməyə təqdim edilib.

 

Prokurorun istəyinə görə, gətirilən sənədlərdə məlum olur ki, məşhur yazar iki ildə dörd dəfə alkoqolizmdən müalicə alıb. Ən sonuncu müalicə aldığı gün isə qəzadan bir ay öncə olub.

 

LENT

23 Fevral 2018
22 Fevral 2018
21 Fevral 2018