Azərbaycanlı rejissorun layihəsi Hollandiyada qalib oldu

İlk dəfə olaraq Azərbaycanlı rejissorun kino layihəsi Rotterdam kino festivalının nəzdindəki Hubert Bals Fondu kino layihələr müsabiqəsinin qalibi olub.

 

Kulis.azın verdiyi xəbərə görə, rejissor Elvin Adıgözəlin “Yaşar” kino layihəsi qalib olan doqquz layihədən biri olub. Müsabiqədə 315 layihə yarışıb. Qaliblər öz ssenarilərinin yazılması üçün maliyyə mükafatı alacaqlar. Bu həm də layihənin Avropa kino mütəxəssislərinin diqqətini qazanması deməkdir.

 

“Yaşar” kino layihəsi ən yaxın adamlarla belə dil tapa bilməyən yaşlı bir adamın hekayəsindən bəhs edəcək Azərbaycan və Fransanın ortaq işidir. Layihə bundan əvvəl İstanbul beynəlxalq kinofestivalında qalib olub.  

 

Xatırladaq ki, rejissorun Rüfət Həsənovla birgə çəkdiyi  “Buqələmun” filmi 66-cı Lokarno kino festivalının müsabiqə proqramında iştirak etmişdi. Film 10-na yaxın nüfuzlu festivalda nümayiş olunub. 

 

Həmçinin, müstəqil kino layihələrindən başqa rejissor tamaşaçılara müstəqil teatr layihələri - tamaşalar təqdim etmişdi. 

 

LENT

24 Noyabr 2017
23 Noyabr 2017
22 Noyabr 2017