Rusiyanı qarışdıran film Bakı kinoteatrlarında

Rusiyada qalmaqallara səbəb olmuş “Matilda” filmi oktyabrın 26-dan Bakıda, Park Cinema kinoteatrında nümayiş olunacaq.

 

Kulis.az-ın verdiyi xəbərə görə, dünən filmin  media nümayişi baş tutmuşdur. Tədbirdə Opera və Balet tearından qonaqlar, Azərbaycan Respublikası Mədəniyyət nazirliyinin media xidməti, tanınmış kinorejissorlar, bloggerlər, müğənnilər, digər tanınmış simalar və mədəniyyət xadimləri iştirak etmişlər.

 

Aleksey Uçitelin "Matilda” filmi balerina Matilda Kseşinskinin Rusiyanın sonuncu imperatoru II Nikolayla münasibətlərindən bəhs edir. Rusiya Dövlət Dumasının deputatlarından biri və Rusiya Provaslav kilsəsinin nümayəndələri filmi Rusiya və din əleyhinə olmaqda, tarixi təhrif etməkdə ittiham edib.

 

LENT

24 Noyabr 2017
23 Noyabr 2017
22 Noyabr 2017