"Bəxt üzüyü 2" çəkildi - TƏQDİMAT GƏLƏN İL OLACAQ

Məşhur Azərbaycan filmi “Bəxt üzüyü”nün davamı çəkilib.

 

Bu barədə Kulis.az-a filmin ssenari müəlliflərindən biri və prodüseri, əməkdar artist Tahir İmanov məlumat verib.

 

“Planet Parni iz Baku” komandasının birgə işi olan kinolayihənin adı “Bəxt üzüyü 2”-dir.

 

Tahir və Cabir İmanovların ssenarisi əsasında, Ənvər Mansurovun quruluş verdiyi ”Bəxt üzüyü 2”-nin çəkilişləri artıq başa çatıb. Filmin gələn il təqdim olunacağı nəzərdə tutulub.

 

Birinci filmin davamı olan yeni versiyada xalq artistləri Afaq Bəşirqızı, Valeh Kərimov, Firəngiz Rəhimbəyova, Rəfael Dadaşov və başqaları çəkiliblər. Həmçinin Tahir və Cabir İmanovlarla yanaşı “Planet Parni iz Baku” komandasının digər üzvləri olan Bəhram Bağırzadə və Azər Məmmədzadə də filmdə rol alıb.

 

Həmçinin  Seda rolunun ifaçısı da unudulmayıb. Uzun illərdir Amerikada yaşayan Firəngiz Rəhimbəyova Tahir İmanovun dəvəti ilə Bakıya gələrək filmə yenidən Seda roluna çəkilib.

 

LENT

16 Yanvar 2018
15 Yanvar 2018
14 Yanvar 2018
13 Yanvar 2018
12 Yanvar 2018