Aktyor Şövqi Hüseynov mükafatlandırıldı

Gənc Taaşaçılar Teatrı “Şimal görüşləri” V Beynəlxalq Teatr Festivalında uğurla çıxış edib.

 

Bu barədə Kulis.az-a teatrdan məlumat verirlər.

 

Teatrın aktyoru, Əməkdar artist Şövqi Hüseynov oktyabrın 25-dən 28-dək Rusiyanın Nijnevartovsk şəhərində keçirilən “Şimal görüşləri” V Beynəlxalq Teatr Festivalında iştirak edib.

 

Əməkdar artist festivalda Patrik Züskindin “Kontrabas” monotamaşası ilə səhnəyə çıxıb. Tamaşa və aktyor oyunu  festivalın təşkilat komitəsi və iştirakçı kollektivlər tərəfindən böyük maraqla qarşılanıb. ADGTT festivalda  “Nadir aktyor oyunu” nominasiyasında diploma layiq görülüb.  

 

Qeyd edək ki, festivalda Rusiya, Moldova, İtaliya, Fransa, ABŞ  və digər ölkələrin də teatrları iştirak edib.

 

 

 

LENT

16 İyul 2018
15 İyul 2018
14 İyul 2018
13 İyul 2018
12 İyul 2018
11 İyul 2018