Ofelya Sənani: “Yetim qaldıq” - VİDA SÖZÜ

 

“Rafiq Hüseynov gözəl səsi, gözəl ürəyi olan əvəzolunmaz diktor idi”

 

APA-nın xəbərinə görə, bunu xalq artisti, məşhur diktor Rafiq Hüseynovla vida mərasimində jurnalistlərə xalq artisti Ofeliya Sənani deyib: 

 

"Rafiqin yoxluğu mənim üçün çox çətindir. Rafiq bizim əzizimiz, yaxın məsləhətçimiz, əla dostumuz idi. Biz diktorlar bu yaşda yetim qaldıq. Onun məsləhətinə hər zaman ehtiyacımız var. Xəstə ola-ola bizə öz məsləhətlərini verirdi. Heç kəs məndən inciməsin, amma onun kimi diktor olmayacaq. Rafiq Hüseynova təklif etmişdilər Moskvada işləsin. Ev də, yüksək maaş da verirdilər. Rafiq razı olmadı. Demişdi ki, Azərbaycandan kənarda qala bilmərəm. Rafiqlə bir yerdə çoxlu verilişlər aparmışam. 30 il bir yerdə işləmişik. Allah onu o qədər çox istəyir ki, vida mərasiminin keçirilməsi televiziyanın yubileyi ərəfəsinə düşdü".

 

 

Xalq artisti Şərqiyyə Hüseynova isə Rafiq Hüseynovun timsalında müəllimini itirdiyini deyib: "Əziz dostumuzu, qardaşımızı, müəllimimizi itirmişik. Baxmayaraq ki, yaş fərqimiz azdır, amma hesab edirəm ki, ulu bir insanı itirmişəm. Çox gözəl dost, bizim hamımıza arxa-dayaq idi. Əlli ildir bir yerdə idik. Ona görə də, Rafiq Hüseynovu itirmək çox ağırdır".

 

 

LENT

17 Noyabr 2017
16 Noyabr 2017
15 Noyabr 2017