Məşhur azərbaycanlılar “SSRİ. Tərsinə imperiya” filmində

Ümumrusiya Dövlət Televiziya və Radio Şirkətinin (VQTRK) “İstoriya” telekanalı 10 seriyalı “SSRİ. Tərsinə imperiya” sənədli filminin nümayişinə başlayıb.

 

Kulis.az-ın Rusiya KİV-nə istinadən verdiyi məlumatına görə, rejissoru Yuri Starikov olan filmin təqdimatı Müasir Rusiya Tarixi Dövlət Mərkəzi Muzeyində keçirilib.

 

Nadir tarixi kinoxronikadan, məxfi sənədlərdən, ailə arxivlərindəki fotoşəkillərdən istifadə olunmuş filmdə, müttəfiq respublikaların tarixinə aid maraqlı faktlar əksini tapıb.

 

Azərbaycanla bağlı məqamlarda məşhur bəstəkar Qara Qarayevin oğlu, Moskva Konservatoriyasının professoru Fərəc Qarayev, həmçinin Moskvada yaşayıb fəaliyyət göstərən həmvətənimiz, “Texno–Svar–TMZ” ASC-nin baş direktoru Füzuli Fərəcovla bağlı kinokadrlar nümayiş etdirilir.

 

Məşhur “Buran” kosmik təyyarəsinin hazırlanmasında iştirak etmiş Füzuli Fərəcov “SSRİ. Tərsinə imperiya” sənədli filminin təqdimat mərasiminə şəxsən qatılıb. “SSRİ. İstoriya” telekanalının baş redaktoru Aleksey Denisov təqdimat mərasimində bildirib ki, biz o dahi və gözəl insanların xatirəsini yaddaşlarda saxlamaq istədik.

 

“Ölkənin gücünü və qüdrətini məhz onlar: əfsanəvi rejissorlar, aktyorlar, Onlardan bir çoxunu bütün dünya tanıyır, bəzilərinin adları məxfi saxlansa da, ixtiraları bu gün də hamıya məlumdur”, - deyə bildirib.

 

LENT

19 Noyabr 2017
18 Noyabr 2017
17 Noyabr 2017
16 Noyabr 2017
15 Noyabr 2017