Musiqili Teatrda yeni premyera: “Hacı Qara”

Noyabrın 9-da Azərbaycan Dövlət Musiqili Teatrında Mirzə Fətəli Axundzadənin “Hacı Qara” iki hissəli komediyasının premyerası keçiriləcək.

 

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, saat 12.00-da nümayiş olunacaq tamaşa meydan üslubunda hazırlanıb.

 

Səhnə əsərinin quruluşçu rejissoru əməkdar artist Loğman Kərimovdur. Rəqslərin quruluşu Hüseyn Əliliyə məxsusdur. 

 

Tamaşada rolları Məhərrəm Qurbanov, Əliməmməd Novruzov, Nicat Əli, Hüseyn Əlili, Gülnarə Əzizova, Əmrah Dadaşov, Elnarə Nağdəliyeva və Ruslan Mürsəlov ifa edirlər.

 

LENT

16 Yanvar 2018
15 Yanvar 2018
14 Yanvar 2018
13 Yanvar 2018
12 Yanvar 2018