Bu, o Ələddin İncəlidir ki... – Məmməd İsmayıl yazır

Kulis.az tanınmış şair Məmməd İsmayılın bu gün dünyasını dəyişən Ələddin İncəli haqda yazısnı təqdim edir.  

 

Az öncə yenə ünvanıma Azərbaycandan acı bir xəbər gəldi, həyatımın ən ağır dönəmlərində məndən qardaş qayğısını əsirgəməyən, təmənnasız dəstəyiylə örnək olan Ələddin İ0ncəli dünyasını dəyişib.

 

Bu, o Ələddin İncəlidir ki, gəncliyimin işsiz çağlarında məni "Qalibiyyət bayrağı" qəzətində işə götürüb...

 

Bu, o Ələddin İncəlidir ki, haqqımda ilk uğurlu söz yazıb...

 

Bu, o Ələddin İncəlidir ki, hələ gənc yaşımda özünün rəhbəri olduğu "Ədəbiyyat dərnəyi"nin başına məni gətirib...

 

Bu, o Ələddin İncəlidir ki, Gədəbəydə keçirilən şeir gecəsinə özü getməyib gedə bilməyim üçün paltosunu mənə geydirib...

 

Bu, o Ələddin İncəlidir ki, Bakıda qeydiyyatdan keçməyimə kömək edib, məni rayonda baş girləməyə qoymayıb...

 

Bu, o Ələddin İncəlidir ki, ilk uğurlu şeirlərimdən olan "Ay şair Ələddin, şair dostunun" misrasıyla başlayan "Bir ildir" qoşmamın yazılmasına səbəb olub...

 

Və bu, o Ələddin İncəlidir ki,

 

Yanı gah balalalı, gah təkəlidi,

Qorxaqdı, ürkəkdi, səksəkəlidi.

Gözəlik özü də təhlükəlidi

Odur ki, təz tutar bəla ceyranı…  -  bəndinin yer aldığı qoşmanı yazıb.

 

Hələ 20 gün bundan öncə Bakıdan telefon açıb Türkiyədə oxuyan nəvəsini tapşırırdı…

 

Mən isə…

 

Daha “mən isə”lik bir şəy qaldımı?

 

Cənnət məkan olasan, əziz dost!

 

LENT

17 Noyabr 2017
16 Noyabr 2017
15 Noyabr 2017