Həmyerlimiz İsa məbədində oxuyacaq

Noyabrın 24-də Moskvada Xilaskar İsa Məbədinin kilsə zalında “Kişilər məhəbbət haqqında oxuyurlar” adlı konsert proqramı təşkil olacaq.

 

Moskvada yaşayan həmvətənimiz, Rusiya Televiziyasının Birinci kanalının “Qolos” layihəsinin dördüncü mövsümünün iştirakçısı gənc vokalçı Emil Qədirov konsert proqramında çıxış edəcək.

 

E.Qədirov Kreml Sarayında, İttifaqlar Evinin sütunlu salonunda, Moskva musiqi evində, Mərkəzi alimlər evində, Xilaskar İsa Məbədində solo konsert proqramları ilə çıxış edib. Hazırda “Qradski Holl” teatrının solisti olan həmvətənimizin repertuarına dünya klassik operalarından ariyalar, müxtəlif ölkələrin bəstəkarlarının romansları və estrada mahnıları daxildir. /azertag.az/

 

LENT

17 Noyabr 2017
16 Noyabr 2017
15 Noyabr 2017