Gəncədə Mirzə Şəfi Vazeh muzeyinin açılışı olub

 

Azərbaycan prezidenti İlham Əliyev Gəncədə Mirzə Şəfi Vazeh muzeyinin açılışında iştirak edib.

 

APA-nın məlumatına görə, dövlət başçısı Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilən muzey binasının rəmzi açılışını bildirən lenti kəsib.

 

Dövlət başçısına muzeydə görülən işlərlə bağlı məlumat verilib. Bildirilib ki, şəhərin “Gülüstan” ərazində yerləşən muzeyin inşasına 2016-cı ilin martında başlanıb və tikinti işləri 2017-ci ilin noyabrında sona çatdırılıb. Milli memarlıq üslubunda inşa olunan muzeyin ətrafında Mirzə Şəfi Vazehin adını daşıyan park salınıb.

 

 

LENT

19 Noyabr 2017
18 Noyabr 2017
17 Noyabr 2017
16 Noyabr 2017
15 Noyabr 2017