“Danışan qayalar” filminin təqdimatı olub

Noyabrın 10-da Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun akt zalında “Cabir Novruz” Mədəniyyət Fondunun hazırladığı “Danışan qayalar” filminin təqdimatı keçirilib.

 

Fonddan bildirilib ki, film “Mədəniyyətin inkişafı və turizm potensialının təbliğinə dair təşəbbüslər” layihəsi çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə hazırlanıb.

 

Filmin ssenari müəllifi Müşfiq Borçalı, rejissoru Günay Novruz, redaktoru Müşfiq Cabiroğludur. /azertag.az/

 

LENT

19 Noyabr 2017
18 Noyabr 2017
17 Noyabr 2017
16 Noyabr 2017
15 Noyabr 2017