Salam Sarvandan yeni kitab gəlir - FOTO

 

Yaxın günlərdə tanınmış şair Salam Sarvanın yeni şeirlər kitabı çıxacaq.

 

S.Sarvanın Kulis.aza verdiyi məlumata görə “Heykəl tənhalığı” adlanan kitab “Qanun” nəşriyyatında çap olunacaq.

 

Kitaba Salam Sarvanın yeni şeirləri ilə yanaşı əvvəlki kitablarından olan seçmə şeirlər də daxil edilib. Köhnə şeirlər şairin əlavə və düzəlişləri ilə verilib.

 

“Heykəl tənhalığı”nı yaxın günlərdə kitab mağazalarından əldə edə bilərsiniz. 

 

 

 

 

LENT

17 Yanvar 2018
16 Yanvar 2018
15 Yanvar 2018