“Yalnızlığın bal ayı” Polşada

Daha çox detektiv romanlar müəllifi kimi tanınan Müşfiq Xanın “Yalnızlığın bal ayı” (“Медовый месяц одиночества”) psixoloji-məhəbbət romanı Polşanın “Ridero” nəşriyyatında çap olunub.

 

Kulis.azın verdiyi xəbərə görə, “Müasir sevgi romanı” seriyasında rus dilində yayımlanan kitab nəşriyyatın Rusiya təmsilçiliyinin təşəbbüsü ilə işıq üzü görüb. Kitabın tərcüməçisi Narxanım Cəfərova, redaktoru Yelena Arslanova, rəssamı Pəri Miniatürdür.

 

Noyabrdan satışa çıxarılan romanın elektron versiyası da Amazon.com, ЛитРес, ozon.ru, Books.ru və digər məşhur onlayn kitab mağazalarında oxuculara təqdim olunub.

 

Qeyd edək ki, bu, Azərbaycanda geniş oxucu marağına səbəb olan romanın rus dilində ilk nəşridir.

 

LENT

19 Noyabr 2017
18 Noyabr 2017
17 Noyabr 2017
16 Noyabr 2017
15 Noyabr 2017