Avropa Musiqi Mükafatının qalibi bəlli oldu

Kanadalı müğənni Şon Mendes bir neçə nominasiyada MTV Avropa Musiqi mükafatını (Evropa Music Awards)  qazanıb.

 

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, 19 yaşlı Mendes “Ən yaxşı artist”, “Ən yaxşı mahnı” (Theres Nothing Holding Me Back) və “Ən çox fanat bazası” nominasiyalarında qalib seçilib.

 

İlin ən yaxşı hip-hop ifaçısı reper Eminem seçilib. Ən yaxşı rok qruppa isə Coldplay kollektivi olub. “Ən yaxşı pop-musiqiçi” kateqoriyasında meksikalı müğənni Kamilla Kabello qalib olub.

 

MTV Avropa Musiqi Mükafatı (EMA) 1994-cü ildən başlayaraq hər il təqdim olunur. EMA-nın qalibləri mükafatın saytında internet səsvermə yolu ilə müəyyənləşir. 

 

LENT

17 İyul 2018
16 İyul 2018
15 İyul 2018
14 İyul 2018
13 İyul 2018