Belarusun balet ulduzları Bakıda konsert verəcək

 

Noyabrın 25-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında L.Minkusun “Don Kixot” baleti nümayiş olunacaq.

 

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, baletsevərlər tərəfindən maraqla qarşılanacaq səhnə əsərində əsas rolları ifa etmək üçün belaruslu balet ustaları - Aleksandra Çijik (Kitri) və Konstantin Qeronik (Bazil) dəvət olunublar.

 

Səhnə əsərində, həmçinin balet truppamızın solistləri - Əməkdar artistlər Makar Ferştandt, Samir Səmədov, habelə solistlər Elmira Süleymanova, Cəmilə Kərimova, Ayan Eyvazova və digərləri çıxış edəcəklər.

 

Balet Əməkdar Artist, dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev tərəfindən idarə olunacaq.

 

 

 

LENT

16 Yanvar 2018
15 Yanvar 2018
14 Yanvar 2018
13 Yanvar 2018
12 Yanvar 2018