Bakıda Türk Filmləri Həftəsi

 

Bakıda Türk Filmləri Həftəsinin açılış mərasimi keçirilib.

 

APA-nın məlumatına görə, tədbirin açılış mərasimində Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Türkiyə prezidentinin mədəniyyət məsələləri üzrə baş müşaviri Yalçın Topçu, mədəniyyət və incəsənət xadimləri iştirak edib.

 

Nazir Əbülfəs Qarayev bildirib ki, Azərbaycanda türk filmlərinə böyük maraq var: “Türk Filmləri Həftəsinin açılışı türk filmlərinə marağı və sevgisi olan insanlar üçün böyük hədiyyədir. Bu cür tədbirlər bizim mədəniyyətlərimizin bir-birinə daha yaxın tanıdılmasında böyük rol oynayır. Festivalların keçirilməsi mədəniyyət dəyərlərinin bir araya gəlməsində böyük əhəmiyyətə malikdir”.

 

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral festivalın Bakıda keçirilməsini əlamətdar mədəniyyət hadisəsi kimi dəyərləndirib: “Bu festival iki ölkənin kino xadimlərinin bir-birinə daha yaxından tanıdılmasında böyük rol oynayacaq. İnanıram ki, festival insanların böyük marağına səbəb olacaq, tamaşaçılar filmləri maraqla seyr edəcəklər”.

 

Türkiyə prezidentinin mədəniyyət məsələləri üzrə baş müşaviri Yalçın Topçu müasir kinonun inkişafından danışıb, mədəni əlaqələrin daha sıx qurulmasının vacibliyinə diqqət çəkib.

 

Qeyd edək ki, festival 16-20 noyabr tarixlərini əhatə edəcək.

 

 

LENT

16 İyul 2018
15 İyul 2018
14 İyul 2018
13 İyul 2018
12 İyul 2018
11 İyul 2018