Milli Dirçəliş Günü ilə bağlı keçirilən müsabiqənin qalibləri mükafatlandırılıb

 

17 noyabr - Milli Dirçəliş Günü ilə əlaqədar Xəzər rayonunun orta məktəbləri arasında “Musiqi alətlərində ifa üzrə” keçirilən müsabiqənin qalibləri mükafatlandırılıb.

 

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi və Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə Mərkəzin birgə təşkilatçılığı ilə reallaşan tədbir Şüvəlan Mədəniyyət Evində təşkil edilib.

 

Mədəniyyət evinin direktoru Natiq Abbasov çıxış edərək müsabiqənin əhəmiyyətindən danışıb.

 

Vurğulanıb ki, bu cür müsabiqələrin keçirilməsi yeniyetmə və gənc istedadlarının üzə çıxarılması məqsədi daşıyır.

 

Sonra müsabiqə qaliblərinə fəxri fərman, diplom və hədiyyələr təqdim olunub.

 

Tədbir konsert proqramı ilə davam edib.

 

Qeyd edək ki, üç turdan ibarət olan müsabiqədə məktəblilər fortepiano, skripka, tar, qanun, nağara, qarmon və digər musiqi alətlərində öz məharətlərini nümayiş etdiriblər.

 

 

LENT

17 İyul 2018
16 İyul 2018
15 İyul 2018
14 İyul 2018
13 İyul 2018