Küçük İskəndərdən üç kitab gəlir

 

Küçük İskəndərin üç yeni kitabı işıq üzü görəcək.

 

Kulis.azın türk mətbuatına istinadən verdiyi xəbərə görə, məşhur türk şairi Küçük İskəndərin ard-arda üç kitabı çap olunacaq.

 

Çağdaş türk ədəbiyyatının ən önəmli adlarından biri olan Küçük İskəndərin yeni kitabları bir-birindən tamam fərqlənəcək.

 

“Türkce sözlü hafif mavi”, “Kırık kadeh sineması iftiharla sunar” və artıq klassikə çevrilmiş şeir kitabı “Periler ölürken özür diler” kitabları “Can” nəşriyyatında çapdan çıxacaq.

 

Türkiyədə çox populyar olan Küçük İskəndər Azərbaycanda da da tanınır. Xatırladaq ki, Küçük İskəndərin Kulis.azda da müsahibəsi çıxmışdı.

 

LENT

17 Dekabr 2017
16 Dekabr 2017
15 Dekabr 2017
14 Dekabr 2017
13 Dekabr 2017