Uşaqlar üçün xüsusi proqram hazırlanıb

Azərbaycan Milli İncəsənət Muzeyi uşaqlar üçün yeni proqram tərtib edib.

 

Muzeydən kulis.az-a verilən xəbərə görə, bir gцn - noyabrın 18-də muzey qapılarını “Min bir gecə: sehrli xəzinə” proqramı ilə uşaqlara açacaq. Proqram dekorativ və tətbiqi sənət haqqında uşaqların məlumatlandırılması, milli rəmzlərin tanıdılması, estetik zövqün formalaşdırılması kimi məqsəd daşıyır.

 

Uşaqların payız tətili günlərində muzeylərə gəlməsi üçün muzey əməkdaşları xüsusi məşğələlər düşünüblər.

 

Saat 11.00 dan başlayan proqrama “Sehirli çıraq”, “Toxun və duy”, “Milli rəmzimiz buta”, “Öz butanı yarat”, “Pazl”, “Naxışı tamamla”, “Xalçanı toxu” aktivitələr, ənənəvi tikmə sənətinin nadir nümunələri ilə tanışlıq, xalçaçılıq, milli ornamentlər, ağac üzərində oyma sənəti haqda mühazirələr və s. aiddir.

 

Proqram 6-12 yaşlı uşaqlar üçün nəzərdə tutulub. 

 

Həmçinin, muzey rəhbərliyi muzeyə ailəvi baş çəkmək üçün xüsusi qiymət müəyyənləşdirib.

 

Belə ki, muzeyə giriş biletinə görə ödəniləcək məbləğ hər uşaq üçün beş manat, böyüklər üçün isə bir manatdır.  

 

LENT

17 Dekabr 2017
16 Dekabr 2017
15 Dekabr 2017
14 Dekabr 2017
13 Dekabr 2017