Şərif Ağayardan yeni roman gəlir

Yazıçı Şərif Ağayarın yeni romanı çap olunacaq.

 

Kulis.azın verdiyi xəbərə görə, “Ağ göl” adlı roman 2018-ci ilin əvvəllərində “Qanun” nəşrlər evində işıq üzü görəcək.

 

Yeni romanı barədə danışan müəllif bildirib ki, bu kitab üslubuna və mövzusuna görə onun yaradıcılığı üçün yenidir: “Mövzu bir az çoxşaxəlidir. Əsas planda sovetlərin dağılmasının nəticəsi olaraq fərqli düşüncələrin, fərqli mədəniyyətlərin qarşılaşmasıdır. Eyni zamanda, mistik xətti də var romanın.”

 

Xatırladaq ki, “Ağ göl” müəllifin sayca dördüncü romanıdır. Bundan əvvəl “Haramı” (2011), “Gülüstan” (2016) və “Arzulardan sonrakı şəhər” (2015) romanları çap olunub.      

 

LENT

17 İyul 2018
16 İyul 2018
15 İyul 2018
14 İyul 2018
13 İyul 2018
12 İyul 2018