İlham Namiq Kamal yeni obrazda - PREMYERA

Azərbaycan Dövlət Musiqili Teatrında bəstəkar Rauf Hacıyevin “Qafqazlı qardaşqızı” operettasının tamaşası hazırlanıb.

 

 Dövlət Musiqili Teatrının mətbuat xidmətindən Kulis.az-a verilən xəbərə görə, noyabrın 24-də baş tutacaq nümayişin özəlliyi Xalq artisti, “Şöhrət” ordenli İlham Namiq Kamalın tamaşada iştirakı ilə bağlıdır.

 

İlham Namiq Kamal bu tamaşada baş rolu – Bəbirli obrazını canlandıracaq. “Musiqili teatrın rus bölməsi tərəfindən hazırlanan bu məşhur operettada ilk dəfə səhnəyə çıxacağam. Bəbirli çox xarakterik bir obrazdır. Koloritli olduğu qədər də özünəməxsus düşüncə tərzinə malikdir. Rauf Hacıyevin musiqisi isə şedevrdir. Bir məqamı xüsusi qeyd etmək istərdim, peşəkar aktyor üçün dil faktoru yoxdur. Əsas aktyorun plastikası, məharəti, oynadığı obrazı doğru-düzgün təqdim etmək bacarığına sahib olmasıdır. İnanıram ki, tamaşaçılar mənim ifamda Bəbirlini sevəcəklər”, - deyə İlham Namiq Kamal bildirib.

 

Beynəlxalq layihə kimi teatrın tarixinə yazılan tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Əli Usubov, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu rəssamı Moskvadan dəvət olunmuş Rusiya Rəssamlıq Akademiyasının həqiqi üzvü, professor Dmitri Çerbadji, quruluşçu baletmestrləri Əmdar artist Zakir Ağayev və Leyla Ağayevadır. Tamaşada rolları Əməkdar artistlər Boris Qrafkin, Svetlana Bulax, Səidə Şərifəliyeva, aktyorlar Firuz Məmmədov, Yuliya Heydərova, Rauf Babayev, Nicat Əli və Əliməmməd Novruzov ifa edirlər.

 

LENT

17 Dekabr 2017
16 Dekabr 2017
15 Dekabr 2017
14 Dekabr 2017
13 Dekabr 2017