Bakıda ən yaxşı filmlər mükafatlandırılacaq

Noyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət (QHT) Təşkilatlarına Dövlət Dəstəyi Şurası Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının birgə təşkilatçılığı ilə reallaşdırdığı film festivalının mükafatlandırma mərasimini keçirəcək.

 

Bu barədə Prezidenti yanında Qeyri-Hökumət (QHT) Təşkilatlarına Dövlət Dəstəyi Şurasının mətbuat katibi Elməddin Behbud məlumat verib.

 

Mətbuat katibi bildirib ki, festivalda Şuranın dəstəyi ilə 2008-2016-cı illərdə ekranlaşdırlmış 100-dək film yarışıb. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının birinci katibi, Əməkdar İncəsənət Xadimi Cəmil Quliyevin rəhbərlik etdiyi münsiflər heyəti birinci, ikinci və üçüncü yerin qalibi olan ekran əsərlərinin adlarını açıqlayacaq. Mükafatlandırma üç nominasiya üzrə aparılacaq.

 

Qeyd edək ki, festival Şuranın maliyyə dəstəyi ilə hazırlanmış filmləri, QHT-lərin ölkəmizin milli maraqlarının ölkədə və beynəlxalq aləmdə təbliği, habelə mədəniyyətimizin və ictimai həyatın müxtəlif sahələrinin inkişafı üçün gördüyü işləri geniş ictimaiyyətə təqdim etmək məqsədilə təşkil edilib.

 

LENT

17 Dekabr 2017
16 Dekabr 2017
15 Dekabr 2017
14 Dekabr 2017
13 Dekabr 2017