İlk milli komiks kitabımız nəşr olunub

Azərbaycanda ilk komikslər kitabı nəşr olunub.

 

Kulis.az-ın verdiyi xəbərə görə, “Ləkə” adlanan qrafik hekayələr silsiləsindən ilk kitabın ideya müəllifi, yazıçı və rəssamı Fuad İsayevdir.

 

“Ləkə #1:Başlanğıc" ölkəmizdə ağ-qara üslubda olan ilk milli super qəhrəman komiksdir (qrafik hekayədir). Kitabın qrafik dizayneri Rəsul Həsənovdur. "Qanun" nəşriyyatında çap edilib. Kitab 16 yaşdan yuxarı oxucular üçün nəzərdə tutulub.

 

Noyabr ayında satışa çıxarılan “Ləkə” Azərbaycanda Müəlliflik Hüququ Agentliyindən qeydiyyatdan keçmiş ilk komiksdir.

 

“Ləkə” komiksi fövqəltəbii güclərə malik olan şəxs barəsindədir. Qəhrəman Royal adlı biridir. Hadisələr Bakıda cərəyan edir.

 

Komiksin müəllifi Fuad İsayev “Beynəlxalq münasibətlər” fakültəsinin tələbəsidir. 3 ildir ki, “Ləkə”-nin üzərində işlədiyini deyir:

 

“İllərdir komiks oxuyucusuyam və bizim ölkədə milli komikslərimizin olmaması mənə təsir edirdi. Və bir gün həmişəki kimi rəsm çəkdiyim bir vaxtda bir personaj ağlıma gəldi. Onu çəkdim. Bundan sonra ağlıma hekayə gəldikdə qeydlər etdim. Nəhayət, bütöv bir həyat hekayəsini bitirdikdən sonra “storyboard” işlərinə başladım. Rəssamlıqla 10 ildən çoxdur məşğul oluram”.

 

Elmi-fantastik,  detektiv janrda olan ədəbiyyatı sevdiyini deyən Fuad İsayev Alan Moore, Frank Miller, Neil Gaiman kimi komiks yazarlarını, Artur Konan Doyl, Aqata Kristi, Stefan Kinq kimi detektiv yazıçıları oxuduğunu, kino sahəsi ilə maraqlandığını və film çəkməyi planladığını deyir.

 

“Ləkə” komiks kitabını “Ali və Nino” kitab mağazaları şəbəkəsindən əldə edə bilərsiniz. 

 

LENT

17 Dekabr 2017
16 Dekabr 2017
15 Dekabr 2017
14 Dekabr 2017
13 Dekabr 2017