Elçin Hüseynbəylinin yeni romanı nəşr edildi

Tanınmış yazıçı Elçin Hüseynbəylinin “Yenə iki od arasında” romanı “Qələm” nəşriyyatı tərəfindən nəfis şəkildə çap edilib.

 

Kulis.azın verdiyi xəbərə görə, Yusif Vəzir Çəmənzəminlinin xatirəsinə həsr olunan roman Qarabağ tarixinə, Yusif Vəzirin keşməkeşli həyatına həsr olunub və Qarabağın erməni-rus hiyləsi nəticəsində Azərbaycandan tədricən qoparılması ideyası üzərində qurulub.

 

Əsəri Azərbaycan oxucuları, xüsusən də gəncliyi üçün Qarabağ dərdimizi anladan mənbə hesab etmək olar.

 

Kitaba ön sözü xalq yazıçısı Anar, son sözü akademik Nizami Cəfərov yazıb.

 

“Yenə iki od arasında” romanının Bakı, Naxçıvan, Sumqayıt, Şabran, Bərdə, Yevlax, Gəncə, Oğuz, eləcə də digər bölgələrdə təqdimatı nəzərdə tutulur.

 

İlk təqdimat noyabrın 29-da, saat 12-də  Sumqayıtda Əli Kərim adına Poeziya Evində keçiriləcək.

 

 

LENT

17 İyul 2018
16 İyul 2018
15 İyul 2018
14 İyul 2018
13 İyul 2018
12 İyul 2018