“Çocuklar duymasın”a bu səhvi bağışlamadılar

2002-ci ilin fenomen serialı, eyni zamanda Azərbaycanda çox məşhur olan “Çocuklar duymasın”ın 2017-ci ildə çəkilən yeni versiyaları ümidləri doğrultmadı.

 

Kulis.az türk saytlarına istinadən xəbər verir ki, serial yayımlandığı “Kanal D”-nin bazar günü reytinqlərində 8-ci yerə düşərək indiyədək görünməyən eniş yaşayıb.   

 

Mütəxəssislərin fikrincə, serialın reytinqlərindəki eniş avqustun 27-də oteldə sevgilisi tərəfindən qətlə yetirilən Vatan Şaşamazdan sonra müşahidə olunub.

 

Halbuki sezona yaxşı başlamışdı.

 

Xatırladaq ki, serialın 17 sentyabr bölümündə Vatan Şaşmazın yad edilməməsi izləyicilərdə böyük narazılıq yaratmışdı.    

 

LENT

17 Dekabr 2017
16 Dekabr 2017
15 Dekabr 2017
14 Dekabr 2017
13 Dekabr 2017