Məşhur rejissoru soydular

Məşhur türkiyəli rejissor Nuri Bilgə Ceylan Diyarbəkirdə oğruların hücumuna məruz qalıb.

 

Kulis.azın türk mətbuatına istinadən verdiyi məlumata görə oğru rejissorun 10 min dollar dəyərində olan fotoaparatını ələ keçirib.

 

Bu haqda polisi məlumatlandıran rejissorun fotoaparatı, həmin gün tapılaraq sahibinə qaytarılıb.

 

Rejissorun fotoaparatını ələ keçirən oğru polis tərəfindən saxlanılıb.

 

Araşdırma zamanı məlum olub ki, məşhur rejissorun fotoaparatını oğurlayan şəxs Ş.Ç adlı, 16 yaşlı uşaqdır.

 

 

LENT

16 İyul 2018
15 İyul 2018
14 İyul 2018
13 İyul 2018
12 İyul 2018
11 İyul 2018