Səttar Bəhlulzadənin 108 illiyinə həsr olunmuş sərgi keçiriləcək

 

8 – 10 dekabr 2017-ci il tarixində Əmircanda yerləşən Suraxanı Rayonu Heydər Əliyev Mərkəzində Azərbaycan Rəssamlar İttifaqının, Suraxanı Rayon İcra Hakimiyyətinin, Suraxanı Rayonu Heydər Əliyev Mərkəzinin dəstəyi və Plener Group şirkətinin təşkilatçılığı ilə Xalq rəssamı Səttar Bəhlulzadənin 108 illiyinə həsr olunmuş Əmircan rəssamlarının sərgisi keçiriləcək.

 

Kulis.azın məlumatında görə açılış dekabrın 8-i saat 16:00-da olacaq.

 

Sərgiyə Azərbaycan Rəssamlar İttifaqından, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasından qonaqlar dəvət olunmuşdur. Sərgidə bir sıra görkəmli rəssam və sənətşünasların iştirakı gözlənilir.

 

Dekabr ayının 9-unda sərgini qəsəbənin 84, 87. 97, 114, 154 və 226 saylı məktəblərinin müəllim-şagird heyəti ziyarət edəcəkdir. Üç gün davam edəcək bu sərgidə 27 peşəkar, həvəskar və gənc rəssamın əsərləri nümayiş etdiriləcək.

 

Gələcəkdə bu sərginin ənənəvi olaraq hər ilin dekabr ayında keçirilməsi nəzərdə tutulur.

 

Maraqlananlar dəvətlidir.

 

 

LENT

16 İyul 2018
15 İyul 2018
14 İyul 2018
13 İyul 2018
12 İyul 2018
11 İyul 2018