Amerika prezidenti öz həyatından serial çəkir

 

Keçmiş Amerika prezidenti, aktyor Ronald Reyqan serial çəkəcək.

 

Kulis.azın rus mətbuatına istinadən verdiyi məlumata görə, layihəni Usa Netvork reallaşdıracaq.

 

Serialın çəkilişlərində keçmiş Amerika prezidentinin qızı Petti Devis də iştirak edəcək.

 

Hələ ki serialın adı açıqlanmayıb. Serial Reyqanın xilaskar və aktyor kimi həyatına işıq tutacaq, onun prezidentlik dövründəki nailiyyətləri, məğlubiyyətləri göstəriləcək. Həmçinin keçmiş prezidentin şəxsi həyatından da serialda bəhs olunacağı gözlənilir.

 

Xatırladaq ki, ailəsindəki bir üzvün iştirak etdiyi bu layihə Reyqanın ilk belə layihəsidir.  

 

 

LENT

17 İyul 2018
16 İyul 2018
15 İyul 2018
14 İyul 2018
13 İyul 2018