Pop-kornla yeyilən "Xaç atası" - FOTOLAR

Türk rəssam partlamış qarğıdalı dənəsi üzərində məşhur filmlərin epizodunu çəkir. 

 

Kulis.az-ın rus mətbuatına verdiyi xəbərə görə, Hasan Kale adlı rəssam sosial şəbəkədə üzərində “Xaç atası” filmindən bir epizodu təsvir etdiyi popkorn dənəsinin fotosunu paylaşıb.  

 

 

 Kale belə işlərdən bütöv bir seriya yaratdığını deyib.

 

 

Rəssam “Hörümçək-adam”, “Rokki”, “Kabus ovçuları”, “Gizli fiqurlar” və “İks adamlar: Apokalipsis” kimi filmlərdən olan personajları da partlamış qarğıdalı dənələrinin üzərində çəkib.

 

 

Hasan Kale Bursa şəhərindən olan miniatürçü rəssamdır.

 

 

O, rəsm əsərlərini günəbaxan tumlarının, çipsilərin və həşərat qanadlarının üzərində yaradır. 

 

 

 

 

LENT

16 İyul 2018
15 İyul 2018
14 İyul 2018
13 İyul 2018
12 İyul 2018
11 İyul 2018